Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir. Delaver ştatının baş prokuroru Bo Bayden keçən həftə 46 yaşında beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib.

Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir.

ABŞ-ın sabiq prezidenti Bill Klinton xanımı, sabiq dövlət katibi Hillari Klinton, İraqdakı qüvvələrin sabiq baş komandanı, general Rey Odierno və digər yüksək səlahiyyətli nümayəndələr son ethramlarını bildirmək üçün mərasimə qatılıb.

Yerli katolik kilsəsinə 1000-dən artıq insan toplaşıb.

Bo Baydenin cənazəsi ictimaiyyətin vidalaşması üçün 3 gün Delaver ştatının Senatında qoyulub. Hər gün onunla vidalaşmaq üçün insanlar növbələrə dayanıb.

Co Baydenin birinci həyat yoldaşı və qızı avtomobil qəzasında həlak olub.

XS
SM
MD
LG