Accessibility links

Bayden və Ərdoğan Suriyada siyasi keçid yollarını müzakirə ediblər


ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında
ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dörd saat sürən görüş zamanı Suriyada hakimiyyətin Bəşar Əsəd rejimindən keçidi məsələsini müzakirə etdiyini deyib.

Türkiyə bundan öncə ABŞ-ın təkcə İslam Dövləti qrupunun ekstremistlərinə qarşı mübarizə ilə kifayətlənməyib, Suriyada Əsəd rejiminin hakimiyyətdən devrilməsi məsələsinin də daxil edildiyi daha geniş strategiya hazırlamasına təkid edirdi. Vitse-prezident Baydenlə görüşdən sonra açıqlama verən cənab Ərdoğan Türkiyənin Birləşmiş Ştatlarla yaxından işləyəcəyini deyib və Baydenin səfərini olduqca mühüm bir səfər adlandırıb.

“Suriyaya gəldikdə, biz təkcə İŞİD-ə sığınacaq verilməsini rədd edib, onları gəri çəkib və məğlub etmək məsələsini deyil, eyni zamanda, Suriya müxalifətinin gücləndirilməsi və hakimyyətin Əsəd rejimindən keçidinin təmin edilməsini də müzakirə etmişik”-deyə vitse-prezident Bayden prezident Ərdoğanla birgə mətbuat konfransında bildirib.

Vitse-prezident Bayden deyib ki, Birləşmiş Ştatlar Suriyadan 1,6 milyon qaçqın axını nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasında Türkiyəyə köməyi davam etdirəcək.

Bu arada, Ağ Ev ABŞ-ın Türkiyə və zorakılıqlar nəticəsində Suriyadan qaçmış insanlara kömək edən başqa ölkələrə əlavə 135 milyon dollar humanitar yardım ayırdığını elan edib.

XS
SM
MD
LG