Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden İraqın təcili olaraq yardım edilməsinə ehtiyac olduğunu deyib ki, lakin ABŞ-ın hər hansı bir yardım edib-etməyəcəyi il bağlı açıqlama verməyib.

Bayden bu açıqlamanı Braziliyada olarkən verib. Braziliya prezidenti Dilma Russeflə görüşən Co Bayden həmçinin deyib ki, iraqlılar təriqət zəminində zorakılıqlara son qoyulması üçün birgə işləməlidir.

Iraq rəsmiləri Baquba şəhərində yaraqlıların həbsxanaya hücumu nəticəsində 44 məhbusun öldürüldüyünü bildirib.

Məhbusların yaraqlılar və ya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü ilə bağlı ziddiyyətli məlumatlar verilir.

Fransa xəbər agentliyi İraqın Baş naziri Nuri Əl-Məlikinin sözçüsünə istinadən üsyançı yaraqlıların məhbusları bazar günü hücum keçirən zaman öldürdüyü haqda məlumat verib.
XS
SM
MD
LG