Accessibility links

Co Bayden Rusiyanı silahlı qüvvələrini Ukraynadan çıxarmağa çağırıb


ABŞ-ın vitse-prezidenti Co Bayden

ABŞ-ın vitse-prezidenti Co Bayden

ABŞ-ın vitse-prezident Co Bayden Ukraynada vəziyyəti Rusiyanın Baş naziri Dmitri Medvedevlə telefon söhbəti zamanı müzakirə edib. Ağ Evin bildirdiyinə görə, Co Bayden Rusiyanı silahları qüvvələrini Ukraynadan çıxarmağa, ölkədə beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə imkan verməyə və dərhal Ukrayna hökumət ilə dialoqa başlamağa çağırıb.

Cənab Medvedevin sözçüsünə istinad edən Rusiya mətbuatı telefon söhbətinin Amerika tərəfin təşəbbüsü ilə baş tutduğu haqda məlumat verib. Rusiya baş nazirinin Krım da daxil olmaqla, Ukraynanın bütün vətəndaşlarının, o cümlədən, ölkədəki Rusiya Federasiyası vətəndaşlarının müdafiə edilməsinin vacibliyini vurğuladığı bildirilir.

Rusiya baş nazirinin Kerç körfəzində Krım və Krasnodar vilayətini bağlayan körpünün tikilməsinə haqda sərəncam imzaladığı haqda da məlumat verilib.

Rusiyanın xarici işlər nazirliyi sənayesi inkişaf etmiş ölkələrin Böyük Səkkizlər qrupunu Ukraynada baş verən hadisələrlə əlaqədar iyun ayında Soçidə planlaşdırılan sammiti təxirə saldığına görə kəskin tənqid edib.

Rusiya Xarici İşlər Nazirliyi eyni zamanda, ABŞ Dövlət katibi Con Kerri tərəfindən “qəbuledilməz hədələri” tənqid edib. Nazirlik Con Kerrini soyuq müharibə dövrünün şablon ifadələrini işlətdiyini deyərək, ABŞ və onun müttəfiqlərinin Kiyevdə hakimiyyəti ələ alan nümayişçilərin rusofobiya və anti-semitimiz əhvalını bölüşməsinə göz yummaqda ittiham edib.
XS
SM
MD
LG