Accessibility links

ABŞ-da prezident seçki kampaniyaları mühüm bir mərhələyə çatıb.

Vitse-prezident Co Bayden və onun respublikaçı rəqibi Pol Rayan ilk və yeganə debatlara hazırlaşır. Debatlar prezidentliyə respublikaçı namizəd Mitt Romninin ötən həftə prezident Barak Obama ilə ilk debatlarından sonra keçirilən rəy sorğularında üstünlük əldə etdiyi bir vaxta təsadüf edir.

Məharətli debator və siyasətçi kimi tanınan 69 yaşlı Bayden Senatda 36 illik təcrübəyə malikdir. Onun Obamanın zəif debatlarından daha güclü debat keçirəcəyi təxmin edilir. Bayden həm də çılğın təbiətinə görə, bəzən utandırıcı hərəkətləri ilə də tanınır.

Viskonsin ştatından konqresmen, 42 yaşlı Pol Rayan mühafizəkar respublikaçılar arasında yeni doğan ulduz hesab edilir. O, Konrqesdə 14 illik təcrübəyə malikdir.

Prezidentlik uğrunda yarışan namizədlər isə əsasa ştatlarda kampaniyalarını davam etdirir. Bu gün Barak Obama Florida, Mitt Romni isə Ohayo ştatında yürüşlər təşkil edir.
XS
SM
MD
LG