Accessibility links

Co Bayden prezident seçkilərinə namizədliyini irəli sürməyəcək


ABŞ-ın vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezident seçkilərinə namizədliyini irəli sürməyəcəyini bəyan edib. Beləliklə onun seçkilərə qatılacağına dair şayiələrə son qoyulmuş oldu.

Ağ Evdə çıxış edən vitse-prezident oğlunun beyin xərçəngindən vəfat etməsindən sonra möhlətləri qarşılamaq, debatlarda çıxış etmək kimi işlərə həvəsi olmadığını deyib.

"İnanıram ki, kampaniyalarda və nominasiyada qələbə əldə etmək üçün kifayət qədər vaxtım yoxdur"-deyə xanımı Cill və prezident Barak Obama ilə yanaşı dayanan Bayden bildirib.

72 yaşlı Bayden prezident Obamaya ölkəni böhrandan çıxardığına görə təşəkkürünü bildirib.

"Bizim partiya və xalqımız Obama irsini davam etdirməsə, böyük yanlışlığa yol vermiş olacaq"-deyə vitse-prezident bildirib.

Bayden 30 ildən artıqdır ki, ABŞ Senatında Delaver ştatını təmsil edib, iki dəfə prezident yarışlarına qatılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG