Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkyiənin islamçı döyüşçülərin Suriya il sərhəddindən keçməsinə imkan yaradıb, militant qruplara kömək etdiyinə dair şərhlərə görə üzr istəyib.

Ağ Evin açıqladığı bəyanatda vitse-prezident Baydenin cənab Ərdoğana şənbə günü zəng edərək, açıqlamalarına aydınlıq gətirdiyi bildirilir. Bəyanatda Co Bayden ABŞ-ın Türkiyə də daxil olmaqla, müttəfiqlər və dünya ölkərində tərəfdaşlarının İslam Dövləti qrupuna qarşı mübarizədə təəhhüdlərə yüksək qiymət verdiyini aydın şəkildə bildirdiyi deyilir. Bəyanatda bildirilir ki, vitse-prezident Bayden Türkiyənin bilərəkdən Suriyada İslam Dövləti qrupu, ya da başqa zorakı ekstremistləri təchiz edib onların güclənməsinə kömək etdiyinin nəzərdə tutulduğu hər hansı bir açıqlamaya görə üzr istəyib.

Keçən həftə Harvard universitetinin Kennedi idarəçilik məktəbində tələbələr qarşısında danışan vitse-prezident Baydenin sözlərinə görə, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ona "doğrudur, biz xarici döyüşçülər də daxil olmaqla çox sayda adamın keçməsinə icazə vermişik və indi sərhədi bağlamalıyıq" deyib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidentinin açıqlamalarına qəzəbli reaksiya verərək, bu sözləri heç vaxt demədiyini və Co Beydenin üzr istəməli olduğunu bildirib.

XS
SM
MD
LG