Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden gələn ay Mərakeş, Ukrayna və Türkiyəyə səfər edəcək. Bu barədə Ağ Evin veb səhifəsində açıqlama verilib.

Mərakeşdə Qlobal Sahibkarlığa dair Beşinci sammitdə Amerika nümayəndə heyətinə başçılıq edəcək vitse-prezident Co Bayden bundan sonra Ukrayna və Türkiyəyə səfərlər edəcək.

Ukraynada cənab Baydenin prezident Petro Poroşenko, eləcə də hökumət və vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəyi bildirilir.

Türkiyədə ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan, Baş nazir Əhməd Davutoğlu və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Ankara hökuməti ABŞ-ın İslam Dövləti yaraqlıları ilə döyüşən kürd qüvvələrinə havadan silah yardımını tənqid edib. Türkiyə İslam Dövləti qrupuna qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün öz əsgərlərini göndərməkdən imtina edir.

XS
SM
MD
LG