Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə hərbi qüvvələrinin İŞİD yaraqlıları və kürd döyüşçülərilnə qarşı ilk hücuma başladığı zamanTürkiyəyə səfər edib.

Türkiyənin Baş naziri Binali Yıldırımla görüşən vitse-prezident Baydenin prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Co Bayden Barak Obamanın yerinə mürəkkəb prezident diplomatik vəziyyətlərdə çox zaman Ağ Evi təmsil edən ən yüksək səviyyəli ABŞ rəsmisidir.

Prezident Rəcəb Tayyib Ərdoğan Baydenin səfərindən bir gün öncə Birləşmiş Ştatları Türkiyənin çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Güləni təhvil verməyə çağırıb.

ABŞ Dövlət Departamenti Türkyənin 75 yaşlı Gülənin ekstradiyası ilə bağlı müraciəti aldığını bildirib. Lakin müraciətdə onun planlaşdırılmış çevrilişdə əli olduğuna dair bağlantı aydın göstərilmir.

ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmiləri müraciətlə bağlı qərarın dəlillərə və iki ölkə arasında ekstradiasiyaya dair razılaşma əsasında qəbul ediləcəyini bildiriblər.

Bayden və Ərdoğanın İŞİD-ə qarşı mübarizədə birgə səyləri müzakirə edəcəyi gözlənilir. NATO ölkələri arasında hərbi qüvvələrin sayına görə ikinci yerdə olan TürkiyəABŞ-ın başçılığı ilə İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya daxildir. Son aylar Türkiyə İŞİD tərəfindən təşkil edilən terror hücumlarına səhnə olub.

XS
SM
MD
LG