Accessibility links

Vitse-prezident Bayden Poroşenkonun inaqurasiyasında iştirak edəcək


ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın yeni prezidenti seçilmiş Petro Poroşenkonun inaqurasiyasında iştirak etmək üçün yenidən Kiyevə səfər edəcək.

Ağ Evin verdiyi açıqlamada cənab Baydenin şənbə günü Kiyevdə inaqurasiya mərasimində iştirak edəcəyi bildirilir.

ABŞ-ın vitse-prezidentinin Ukraynanın digər liderləri ilə də görüşü planlaşdırılıb.

Co Bayden Ukraynaya ölkənin şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında toqquşmaların baş verdiyi bir zaman səfər edir. Bundan əvvəlki səfəri zamanı vitse-prezident Bayden Kiyev hökumətinə dəstəyin artırılmasına çağırmışdı. Co Bayden NATO müttəfiqlərini ABŞ-ın öz təəhhüdlərinə sadiq qaldığına əmin edərək, rəsmi Vaşinqtonun Ukraynada böhrana cavab addımlarının reallaşmasında yaxından iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG