Accessibility links

ABŞ-ın vitse-prezidenti Ukrayna prezidenti və baş naziri ilə görüş keçirib.

Co Bayden Petro Poroşenko və Arseniy Yatsenyukla müzakirələrdən sonra Rusiyanın Ukraynadakı əməllərini təcavüzkarlıq kimi qiymətləndirib. O, müzakirələr zamanı Ukraynanın süverenliyi və ərazi bütövlüyünə olan təhlükələrin gündəmə gətirildiyini deyib.

Vitse-prezident Rusiyanın Ukraynaya hərbi müdaxiləsini Avropa sərhədlərinin yenidən çəkilməsi cəhdi adlandırıb.

Co Bayden Ukraynaya Vaşiqntonun rəsmi Kiyevə dəstəyini nümayiş etdirmək üçün səfər edib.

Kiyev görüşündən əvvəl Ağ Ev Baydenin Ukrayna prezidenti Petro Poroşenko və baş naziri Arseniy Yatsenyuka “biz sizin arxanızdayıq” demək üçün getdiyini bildirib.

XS
SM
MD
LG