Accessibility links

Co Bayden: ABŞ Rusiyanın Krımı ilhaqını heç vaxt tanımayacaq


Ukraine US Biden
Ukraine US Biden

Ukrayna qanunvericilərini Birləşmiş Ştatların Rusiyanın Krımı ilhaqını heç vaxt tanımayacağına əmin edən ABŞ vitse-prezidenti Co Bayden Ukrayna parlamentində sürəkli alqışlarla qarşılanıb.

Cənab Bayden Ukrayna Radasında bu gün səfərini başa vurmazdan əvvəl çıxış edib. O, Ukrayna qanunvericilərini Birləşmiş Ştatların ölkəyə dəstəyi davam etdirəcəyinə əmin edib və Rusiyanın Ukraynanın şərqində gərginliyin aradan qaldırılması məqsədilə Minskdə imzalanmış atəşkəs razılığını pozmasını qınayıb.

Co Bayden qanunvericiləri korrupsiya ilə mübarizəyə çağıraraq, bunun Ukraynanın gələcəyi üçün mühüm olduğunu deyib. O eləcə də. Rusiyada saxlanılan Ukrayna pilotu Nadya Savçenkonun hekayəsini dünyaya çatdıracağına söz verib.

Vitse-prezident Bayden bazar ertəsi Birləşmiş Ştatların Ukraynaya əlavə 190 milyon dollar məbləğində yardım edəcəyini bəyan edib.

XS
SM
MD
LG