Accessibility links

Co Bayden: ABŞ-da 54 aydır durmadan iş yerləri artır

Vice President Joe Biden speaks to government and business officials about transportation infrastructure and the Highway Trust Fund at a meeting hosted by the White House Business Council at the Eisenhower Executive Office Building across from the White H

ABŞ-ın vitse-prezidenti Co Bayden ABŞ-da 54 aydır durmadan iş yerlərinin artdığını deyib. Bu, Amerika tarixində iş yerlərinin durmadan artdığı ən uzun müddətdir.

Ağ Evin Amerika xalqına həftəlik müraciətini çatdıran Co Bayden deyib ki, iş yerlərinin artması yaxşı xəbərdir, amma bununla belə orta sinfə mənsub amerikalıların çoxu iqtisadiyyatın bərpasının təsirlərini hələ də hiss etmir.

Vitse-prezident Bayden bildirib ki, 2000-ci ildən başlayaraq, ümumdaxili məhsul 24 faiz, məhsuldarlıq isə 30 faiz artıb. Lakin buna baxmayaraq, Co Baydenin bildirdiyinə görə, orta sinfin maaşı yalnız 14 sent artıb.

“Orta sinfin bərpasına kömək etdiyi iqtisadiyyatın bərpasından bəhrələnə bilməsinin vaxtı gəlib çatıb”-deyə o bildirib. ABŞ-ın vitse-prezidenti vergi kodunun dəyişdirilməsinə və defisitin azaldılması üçün vergi sistemində çatışmazlıqları aradan qaldırmağa çağırıb.

Alyaska ştatından Senata respublikaçı namizəd Dan Sallivan partiyası adından həftəlik müraciədə federal hökumətin onun ştatında inkişafa mane olduğunu deyərək, bunu eyni zamanda milli miqyasda problem adlandırıb.

XS
SM
MD
LG