Accessibility links

Bayram Məmmədovun həbs müddəti daha 2 ay uzadılıb [Video]


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Qərardan apellyasiya şikayəti veriləcək

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun həbs müddəti Xətai Rayon Məhkəməsində daha 2 ay uzadılıb.

Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək:

"Bu müddət ərzində Bayram Məmmədovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Biz bunu məhkəmənin də nəzərinə çatdırdıq. Qərarı əsasız sayırıq. Qərardan apellyasiya şikayəti verəcəyik. Eyni zamanda onun ev dustaqlığına buraxılması ilə də bağlı vəsatət verəcəyik", vəkil qeyd edib.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəməyə göndərilib.

Amnesty İnternational fəallari "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG