Accessibility links

Su Çərşənbəniz mübarək! - ABŞ səfirliyi


Los Anceles su anbarı
Los Anceles su anbarı

Su Çərşənbəniz mübarək!

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.

Novruzun gəlişinə hazırlıqlar bir ay qabaq başlayır və hər çərşənbə günü 4 ünsür ilə (su, od, yer və külək) əlaqəli olan günləri qeyd edirik.

Bu gün biz ilk çərşənbəni- su çərşənbəsini qeyd edirik.

“Su həyatdır və biz suyu qorumaq üçün mübarizə aparmalıyıq. Bu gün bir çoxumuz içməli və təmiz suyu normal bir hal kimi qarşılayırıq, lakin dünyanın bir çox yerində insanlar təmiz sudan məhrumdurlar. Suyu qorumaq hər birimizin borcudur”, səfirlik bildirir.

Los Anceles şəhəri bu istiqamətdə qeyri-adi bir üsula əl atıb. Şəhər rəhbərliyi Silmarda yerləşən Los Anceles su anbarına 96 milyon qara, xırda toplar buraxıb. Bu qara, zərərsiz toplar suyu tozdan, yağışdan, kimyəvi tullantılardan və təbiətin özündən qorumaq üçün hazırlanıb. Bu toplar həmçinin buxarlanmanın qarşısını alır və 300 milyon qallona yaxın suya qənaət etməyə kömək edir.

“Sizcə, təmiz və içməli suyu qorumaq üçün Azərbaycanda nə kimi üsullar istifadə oluna bilər?” ABŞ səfirliyi sual edir.

XS
SM
MD
LG