Accessibility links

Bakıda “Təbriz” bazarı tikiləcək


Səməd Həsənzadə
Səməd Həsənzadə

Təbriz Ticarət və Sənaye Palatasının sədri Səməd Həsənzadə Bakının ən başlıca ticari mərkəzlərinin birində “Təbriz” adlı bazarın tikiləcəyinə dair məlumat verib.

Təbrizdə mətbuat təmsilçilərinə danışan Həsənzadənin söylədiklərinə görə, bazarın təsisinə Şərqi Azərbaycan vilayətinin iqtisadi heyəti və Azərbaycan Respublikası rəsmiləri arasında keçirilən görüşlərdə qərar verilib.

Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalı xəbər verir ki, “Təbriz” Bazarıında Şərqi Azərbaycan vilayətinin ticarət və istehsal şirkətlərinin nümayəndəlikləri yer alacaq.

Səməd Həsənzadə həmçinin deyib ki, “Azərbaycan Respublikası rəsmiləri Şərqi Azərbaycan vilayətinin bu ölkədə iqtisadi fəaliyyətlər göstərmək istiqamətində əlverişli şərait nəzərdə tutublar. Azərbaycan prezidenti Şərqi Azərbaycan vilayəti ilə iqtisadi əməkdaşlıqları genişləndirməyə xüsusi maraq göstərir.”

Şərqi Azərbaycan valisi əvvələr Bakıda “Təbriz” adlı bazarın tikiləcəyi haqqında danışmışdı.

XS
SM
MD
LG