Accessibility links

İran və Türkiyə rəsmiləri: Bəzirgan-Gürbulaq sərhəd məntəqəsi bağlanmayıb


yük maşını yandırılıb

yük maşını yandırılıb

Hücuma məruz qalan İran nömrəli yük maşını yükü ilə bərabər yandırılıb

Türkiyədə baş verən terror hücumları ardından Türkiyə-İran arasında ən böyük quru keçid yolu olan Gürbulaq-Bəzirgan sərhəd qapısının qapadıldığına dair ziddiyətli xəbərlər yayılarkən İranın rəsmi xəbər agentliyi İRNA qapının açıq olduğunu bildirir.

Doğubəyazid yolu ilə İğdıra gedən İran nömrəli bir yük maşınının terror qruplarının hücumuna uğrayıb yükü ilə bərabər yandırılması ardından İranın İSNA və İLNA kimi xəbər agentlikləri Bəzirgan sərhəd qapısının Türkiyə dövləti tərəfindən qapadıldığını irəli sürdülər.

Bəzirgan Gömrük Qapısı

Bəzirgan Gömrük Qapısı

Türkiyənin bəzi qəzetləri qapının bağlanması xəbərini təsdiq etsələr də bunun İran tərəfindən həyata keçirildiyini qeyd etdilər.

Xəbərlər hər iki ölkənin rəsmiləri tərəfindən sürətlə təkzib olunub. Yayılan məlumata əsasən, rəsmilər Ağrı eli və Qərbi Azərbaycan vilayəti arasında yerləşən sərhəd-keçid məntəqəsinin bağlanmasının gündəmdə olmadığını ifadə ediblər.

Son vaxtlar Türkiyə torpaqlarında terror hücumlarını genişləndirən qruplar İran nömrəli avtobus və yük maşınlarını da istisna etmirlər. Bu hücumlar nəticəsində azı bir İran vətəndaşının həlak olduğu bildirilib.

Türkiyənin Cumhuriyet qəzetinə istinadən, İran rəsmiləri bu hücumlardan sonra Türkiyəyə səfər edən vətəndaşlara xəbərdalıq edib: “PKK-nın Ağrı elində İran nömrəli bir avtobusa atəş açması nəticəsində bir iranlının ölməsinin ardından İranın Ərzurum şəhərindəki baş konsulluğu vətəndaşlarına quru yol üzərindən Türkiyəyə səyahət etməyin, havayolunu istifadə edin şəklində xəbərdarlıq verib.”

Türkiyə torpaqlarında səyahət edən İran nömrəli avtomobillərin əksəriyyəti Azərbaycan vilayətlərinə məxsusdur.

XS
SM
MD
LG