Accessibility links

Britaniya Radio verilişləri Korporasiyasının (BBC) yaydığı məlumata görə, BBC-in İngilis dilində yayımlanan veb-səhifəsinə Çindən daxil olmaq olmur. BBC bu addımı “qərəzli senzura” adlandırır.

Çərşənbə günü yayılan bəyanatda BBC Dünya Qrupunun rəhbəri Peter Horroks Çin hökümətinin “xəbər və informasiyaya azad çıxış”-a qarşı olan bu qəsdi şiddətlə qinadığını bildirib.

Horroks həmçinin deyib ki, BBC bu addıma görə Çin hakimiyyətinə öz etirazını bildirir. Çin höküməti Amerikanın Səsi də daxil olmaqla, bir çox xarici təşkilatların xəbər portallarını mütəmadi şəkildə bağlayır.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibinin verdiyi məlumata görə, bu məsələ Çin qanunlarına uyğun şəkildə həll olunur.

Çinin “Great Firewall” adlanan böyük internet senzura sistemi illərdir BBC-nin çin dilində fəaliyyət göstərən veb-səhifəsini blok edir. Çərşənbə gününə qədər BBC-nin ingili dilli səhifəsi Çində geniş şəkildə istifadə olunurdu.

BBC bildirir ki, bu addımın hansısa xüsusi bir reportaja cavab olaraq atılıb-atılmadığını bilmir, ancaq aydındır ki, bu addım Honq Konqda baş verən nümayişlərlə əlaqədardır.

Çinin dövlət mətbuatında Çinin yarı-muxtar ərazisində keçirilən etiraz aksiyaları qanunsuz və sabitliyi pozan aksiya kimi təsvir olunur. Bu tədbirin etirazların Çinə yayılmasının qarşısını almaq üçün görüldüyü güman edilir.

XS
SM
MD
LG