Accessibility links

BBC Fars xidmətinin güneyli fəalların iştirakı ilə proqramı qızğın mübahisələrə yol açıb


Ötən günlərdə BBC yayım şirkətinin Fars xidməti İran azərbaycanlıları arasında artan milliyyətçilik haqda veriliş hazırlayıb.

Programdan sonra iranpərəstlər və türkçülər arasında sosial şəbəkələrdə yaranan mübahisələr davam edir.

Azərbaycan Türkləri tərəfindən coşqu ilə qarşılanan veriliş qarşı tərəfdə iranpərəst fəallar arasında ciddi narazılığa səbəb olub.

İyunun 30-da BBC farsca iki güneyli milli fəallar, hüquqşünas Saleh Kamrani və Simin Səbrini, eləcə də bir İran tarixçi alim və universitetdə mühazirəçi Farhang Cəhanpuru ”Pərgar” verilişinə dəvət edib.

İranı federativ dövlət kimi görmək istəyən Səttarxan hərəkatı məğlub olduqdan sonra Azərbaycan türkləri fundamental siyasi-mədəni hüquqlardan məhrum edildilər.

İranı federativ dövlət kimi görmək istəyən Səttarxan hərəkatı məğlub olduqdan sonra Azərbaycan türkləri fundamental siyasi-mədəni hüquqlardan məhrum edildilər.

Simin Səbri və Farhang Cəhanpur bildiriblər ki, İranın inzibati sisteminin federativ quruluşa dəyişdirilməsi bütün etnik qrupların hüquqlarının qorunmasına yardım edə bilər. Lakin Saleh Kamrani İranda federativ quruluşu rədd edərək, bu modeli İranda etnik qruplar arasında olan problemlərin həlli üçün düzgün yol olaraq qəbul etmədiyini bildirib.

“Keçən 100 ildə biz Azərbaycanlılar Məşrutə, Xiyabanı, Pişəvəri hərakatlarında İran çərçivəsində federativ quruluşu təcrübə etmişik, lakin federativ quruluş bizim tələblərimizə cavab verə bilməyib,” deyə Saleh Kamrani bildirib.

İran Azərbaycanında yürüdülən rəsmi siyasət Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklə nəticələnib və bu da öz növbəsində xüsusilə də gənc nəsil arasında milli kimlik hisslərinin artmasına səbəb olub.

Cənab Kamrani bəyan edib ki, hazırkı vəziyyətdən çıxış yolu Güney Azərbaycanın İrandan ayrılıb müstəqil bir dövlət olmasıdır.

Program iranpərəstlər və türkçü fəallar arasında mübahisələrə yol açıb.

Keçən 100 ildə biz Azərbaycanlılar Məşrutə, Xiyabanı, Pişəvəri hərakatlarında İran çərçivəsində federativ quruluşu təcrübə etmişik, lakin federativ quruluş bizim tələblərimizə cavab verə bilməyib.

Bir qrup iranpərəst fəal 1500 nəfərin imzası ilə bəyanat yayaraq, BBC-nin verilişini pisləyib. Bəyanatda qeyd olunur kı, BBC iki separatçını dəvət edərək, İran vətəndaşları arasında ixtilaf yaratmaq istəyir.

Həmin bəyanatda adı qeyd olunan tanınmış Azərbaycanı jurnalist İsa Səhərxiz onun xəbəri olmadan adını siyahiə daxil olunmasını xəbər verir.

Güneyli fəallar isə sosial şəbəkələrdə və veb səhifələrində çeşitli yazı və təhlilər yazaraq, BBC-nin programına öz dəstəklərini bildiriblər və digər farsdilli xarici TV-lərdə də oxşar verilişlərin aparılmasını arzu edirlər.

Elyar Makui

Elyar Makui

​ “Qərb ölkələri nüvə proqramına dair danışıqlarda İrana təzyiq göstərmək üçün bu verilişi efirə verdilər. Lakin Fars yönümlü BBC fars xidməti iki istiqlalçı və federativçi fəalı dəvət etməklə çalışdı kı, milli hərəkatda münaqişə yaratsın," deyə milli fəal Elyar Maku Amerikanın Səsinə bildirib.

O, həmçinin qeyd edib ki, bu veriliş İran ictimaiyyətinin Azərbaycan milli hərəkatı ilə tanış olması və artıq farsdilli mediada istiqlaliyyət ifadəsilə bağlı fobiyanın aradan qaldırılmasına səbəb olub.

Makui məsələyə etiraz edən fars yönümlü fəallarla bağlı münasibət bildirərək, ”onların bu qədər aqressiv rəftar etməsi demokratiya və soz azadlığına ziddir” deyib.

XS
SM
MD
LG