Accessibility links

BBC-nin jurnalisti Şimali Koreyadan deportasiya edilib


Şimali Koreya bazar ertəsi günü BBC-nin jurnalistini hazırladığı xəbərə görə ölkədən deportasiya edib. Şimali Koreya rəsmiləri bildirib ki, bir qrup xarici media üzvləri hakimiyyətdə olan partiyanın konqresində iştirak etmək üçün ölkəyə gəlib.

Rupert Vinqfild cümə günü ölkədən ayrılarkən hava limanında saxlanaraq səkkiz saat sorğu-sual olunub.

Britaniyalı jurnalistlə yanaşı, BBC-nin produseri və kameramanı Pekinə bu gün axşam çatıb.

Pxenyanda olan digər britaniyalı jurnalist Con Sudvort bildirib ki, Rupertin hazırladığı xəbərdə ziyarət etdiyi uşaq xəstəxanasında xəstələrin sağlam olduğu və həqiqi həkimin olmadığı, hər şeyin əvvəlcədən qurma olduğu deyilib.

Sudvort bildirib ki, Rupert bu xəbərinə görə cümə günü ölkəni tərk edərkən həbs edilmişdi. O, həmkarının mehmanxanaya götürülərək ölkənin təhlükəsizlik işçiləri tərəfindən dindirildiyini deyib.

XS
SM
MD
LG