Accessibility links

Amerikanın Səsi yenu Beynəlxalq Kommunikasiya Agentliyinin nəzarəti altına keçə bilər

Bir qrup ABŞ qanunvericisi beynəlxalq xəbər və yayım şirkətinin yenidən qurulmasına çalışır. Onlar xəbər agentliklərinin proqramlarının daha çox Amerikanın xarici siyasətinə yönəlməsini istəyir.

Xarici Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı Ed Roys agentliklərə nəzarət edən Beynəlxalq İdarə Heyətinin (BBG) yararsız və əvəz edilməli olduğunu bildirib. Roys Rusiya, Çin və digər beynəlxalq xəbər agentlikləri ilə rəqabətə tab gətirmək üçün belə bir yenidədənqurmaya ehtiyac olduğunu deyib.

Amerikanın Səsinin də daxil olduğu heyətin əvəz edilməsi ilə bağlı qərar təsdiq edilsə, Amerikanın Səsi yenu Beynəlxalq Kommunikasiya Agentliyinin nəzarəti altına keçəcək.

Amerikanın Səsinin direktoru Devid Ensor qərardan asılı olmayaraq, etibarlı və dəqiq bir agentlik kimi Amerikanın Səsinin missiyasını davam etdirəcəyini deyib.

Demokrat və respublikaçı qanunvericilərin təklif etdiyi qanun layihəsində bütün xəbər agentliklərinin iki təşkilat altında birləşdirilməsinə çağırır.

Hazırda Amerikanın Səsi 1976-cı ilin xartiyasına əsasən “etibarlı və avtoritetli” bir xəbər agentliyi kimi fəaliyyət göstərir.

Azadlıq və Azad Avropa radiosu, Azad Asiya radiosu və Yaxın Şərq Yayım Şəbəkəsi Azad Xəbər Şəbəkəsi altında birləşəcək.

Amerikanın Səsi ABŞ-ın siyasəti, Amerika xaqının maraqlarını əks etdərən beynəlxalq məsələlərin işıqlandırılmasına yönələcək. Kuba üçün proqramlar hazırlayan Radio və TV Marti Amerikanın Səsinin tərkibində fəaliyyətini davam etdrəcək.

Sənəd Nümayəndələr Palatası və Senatda təsdiq edilsə, imzalanması üçün ABŞ prezidentinə göndəriləcək.
XS
SM
MD
LG