Accessibility links

ABŞ-ın Yayım şurası özbək jurnalist barədə bəyanat yayıb


Babayev hüquqşünasla
Babayev hüquqşünasla

Amerikanın səsinin özbək redaksiyası üçün müqavilə əsasında ştatdan kənar jurnalist kimi işləyən Əbdülkərim Babayevə Özbəkistanın ədliyyə dairələri tərəfindən əhalinin təhlükəsizliyinə zərər vermək, böhtan, təhqir və viza rejimini pozmaq ittihamları irəli sürülüb.

ABŞ-ın Yayım şurası özbək jurnalist Əbdülməlik Babayin vəziyyətini müzakirə ilə bir bəyanat yayıb. Praqadakı iclasında, Yayım şurası, haqqında məhkəmə işi başlanan Əbdülməlik Babayevin məsələsini müzakirə edib.

Amerikanın səsinin özbək redaksiyası üçün müqavilə əsasında ştatdan kənar jurnalist kimi işləyən Əbdülkərim Babayev haqqında Yayım şurası bildirib ki, ona Özbəkistanın ədliyyə dairələri tərəfindən əhalinin təhlükəsizliyinə zərər vermək, böhtan, təhqir və viza rejimini pozmaq ittihamları irəli sürülüb.

Yayım şurasının sədri Voltır Ayzekson bildirib ki, "jurnalistdən (Babayevdən) dəqiq və balanslı məlumat verməsi tələb olunur və o vəzifəsini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır". Yayım şurasının sədri qeyd edib ki, dünyanın hər tərəfindəki jurnalistlər, vəzifəsini yerinə yetirməkdən başqa bir təqsiri olmayan və buna görə cəzalandırılan belə bir jurnalistlə həmreylik nümayiş etdirməlidir. Voltır Ayzekson Cənab Babayevin işində bir nöqsan görmədiyini də ifadə edib.

Yayım şurasının bəyanatında deyilir ki, şura Özbəkistan hökumətinin Cənab Babayevi susdurmaq, onun Amerikanın səsi üçün obyektiv məlumatlar verməsinin qarşısını almaq cəhdindən və Özbəkistanda media azadlığının vəziyyətindən olduqca narahatdır.

Xatırladaq ki, Amerikanın səsi Yayım şurasının nəzarətində fəaliyyət göstərir. Yayım şurası ABŞ dövlətinin maliyyələşdirdiyi bütün mülki beynəlxalq media qurumlarının fəaliyyətinə nəzarət edir.

XS
SM
MD
LG