Accessibility links

Amerikanın Bluz musiqi tarixinin əfsanəsi, ən nüfuzlu musiqiçisi B.B. Kinq 89 yaşında vəfat edib. Musiqiçinin vəkilinin dediyinə görə, "Bluzun kralı" cümə axşamı Las-Veqasdakı evində yuxuda ikən dünyasını dəyişib.

70 illik karyerası müddətində B.B. Kinq dərin, duyğulu səsi və elektrik gitarı və müxtəlif rok və bluz musiqiçiləri ilə birlikdə Bluz janrını təbliğ edib.

B.B.Kinq 1925-ci ildə Birləşmiş Ştatların çənub Missisipi ştatında anadan olub. Musiqi fəaliyyətinə isə Tennisi ştatının Memfis şəhərində radioda disk jakey işləyərkən başlayıb. O zamanlar "Beale Street Blues Boy" kimi tanınan musiqiçinin adı sonradan qısaldılılaraq "B.B" olub.

Qitarının ləqəbini "Lüsil" qoyan B.B. Kinqin adı "Rok and Roll Hall" və "Bluz Hall"-da məşhurlar arasındadır.

XS
SM
MD
LG