Accessibility links

Bədir Məmmədli:"ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir"


Bədir Məmmədli:"ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir"

Bədir Məmmədli:"ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir"

İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə dinləmələr keçirilib.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini müəyyən edən bu sənəddə Amerikanın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalara münasibətini bildirərək, məktub kampaniyası başlayıb. Konqres üzvlərinə ünvanlanan məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrlmalıdır.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın üzvü Bədir Məmmədli deyir ki, məktub kampaniyasının əsas məqsədi Amerika qanunvericilərinin diqqətini məsələyə cəlb etməkdən ibarətdir. O bildirir ki, məktubda ABŞ qanunvericilərinin diqqətinə əsas iki məsələ çatdırılır. Bunlardan birincisi odur ki, yardım göstəriləndə Azərbaycan əhalisinin sayı, NATO və ABŞ-la əməkdaşlıq nəzərə alınmalıdır. “Digər məsələ isə ondan ibarətdir ki, biz Dağlıq Qarabağa yardıma öz etirazımızı bildirmişik və öz konqresmenlərimizdən xahiş etmişik ki, buna etirazlarını bildirsinlər. Başqa bir dövlətin işğalı altında olan əraziyə yardım ayırmaq, Azərbaycan dövləti ilə bunu razılaşdırmamaq qətiyyən yolverilməzdir. Qeyd etmək istəyirəm ki, Amerika Azərbaycanın işğal olunmuş torpaqlarına, yəni ermənilərin işğalı altında olan Qarabağa açıq şəkildə yardım göstərən yeganə ölkədir.”-deyə o bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG