Accessibility links

Gürcüstanın baş naziri Azərbaycana gəlir


Gürcüstanın baş naziri Bidzina İvanişvili

Gürcüstanın baş naziri Bidzina İvanişvili

Səfər zamanı sənədlərin imzalanması nəzərdə tutulmur

Gürcüstanın baş naziri Bidzina İvanişvili dekabrın 26-27-də Azərbaycana rəsmi səfərə gələcək. Çərşənbə günü o, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, həçinin baş nazir Artur Rəsizadə ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçirəcək.

Diplomatik mənbələrdən Turan-a daxil olan məlumata görə, ilkin proqrama görə səfər zamanı sazişlərin imzalanması nəzərdə tutulmur. Mətbuat konfransı da nəzərdə tutulmur. Yalnız baş nazirlərin danışıqları başa çatdıqdan sonra İvanişvilinin “mətbuat qarşısına çıxacağı” nəzərdə tutulur.

Azərbaycanın qeyri-dövlət KİV nümayəndələri Nazirlər Kabinetindəki görüşə dəvət edilməyib.

Bu, İvanişvilinin Gürcüstan hökumətinin rəhbəri seçilməsindən sonra Bakıya ilk səfəridir. İvanişvilinin qaz nəqli haqqında sazişlərə yenidən baxılması və Gürcüstanın Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsində iştirakının dayandırılması ehtimalı haqqında bu yaxınlarda səsləndirdiyi fikirlər səfərin asan olmayacağından xəbər verir.
XS
SM
MD
LG