Accessibility links

Beş pirat şübhəlisi mühakimə olunmaq üçün Hollandiyaya gətirilib


Beş pirat şübhəlisi mühakimə olunmaq üçün Hollandiyaya gətirilib

Beş pirat şübhəlisi mühakimə olunmaq üçün Hollandiyaya gətirilib

Hollandiya müdafiə nazirliyi bildirir ki, Somalidən olan 5 pirat Hollandiyada məhkəmə qarşısına çıxarılacaq. Şübhəlilər bazar günü Somali sahillərində lövbər salmış “Amsterdam” adlı gəmidən ölkənin cənubundakı hərbi hava bazasına gətiriliblər. Hollandiya donanma qüvvələri bu şəxsləri deyilənə görə Cənubi Afrika yaxtasını qaçırdıqlarına və iki cənubi afrikalını girov götürdüklərinə görə həbs edib. Şübhəlilər Rotterdam şəhərində mühakimə olunacaqlar.

Son vaxtlar Avropa ölkələri tədricən Somalidən olan piratları cəzalandırmaqda daha çox qətiyyət nümayiş etdirirlər. Rotterdam məhkəməsi iyunda Ədən körfəzində karqo gəmisinə hücuma görə 5 piratı azadlıqdan məhrum edib. Hazırda alman məhkəməsi 10 somalilini Almaniyaya məxsus konteyner gəmisinə hücum etdiklərinə görə mühakimə edir.

XS
SM
MD
LG