Accessibility links

Elm

Beachegg [Video]


Təsəvvür edin siz çimərlikdə oturmusunuz və suya baş vurmağa qərar verirsiniz. Döndüyünüzdə əşyalarınızın oğurlandığını görürsünüz. Əşyalarınızı necə qorumalı? Bunun üçün Beachegg cihazını əldə etməyə çalışın.

Yumurtaya bənzər qəribə konteyneri tezliklə çimərliklərdə görəcəksiniz. Macar mühəndislər Beachegg adlanan cihaz düzəlsiblər. Beləliklə çimərlikdə olanlar artıq əşyalarından narahat olmayacaqlar.

Kitt Borissza: “Çimərliklərdə insanların üzməyə getdikləri zaman fikirlərinin sahildə qalmasının çox vaxt şahidi olmuşuq. Düşünürəm ki, bu narahatlıq yaradır. Beləliklə suda rahat üzmək və dincəlmək yaxşı olardı. Siz onu qolunuzdakı qolbağa bağlaya, siqnalizasiyanı işə sala və sonra tərk edə bilərsiz.”

Kimsə ona toxunarsa, siqnal çalınır və qolbaq vasitəsilə istifadəçiyə xəbər göndərilir. Əgər Beachegg-in özü oğurlanarsa, onun hərəkəti onlayn izlənir və məlumatlar Amazonun klaud serverinə göndərilir. Cihaz paslanmayan dəmirdən kilid sistemi olduğu üçün onu qırmaq asan deyil.

Balazs Csapo: “Beachegg cihazı sizin əşyaları yüksək səviyyədə qoruyur. Fiziki, səsli qoruyucu xüsusiyyəti var. Çünki oğurlanmaq cəhdi baş verəndə siqnal çalır. Əgər problem varsa, internet vasitəsilə Beachegg dərhal xəbərdarlıq göndərir.”

Beachegg cihazının batareyasını gündəlik doldurmaq olur. Günəşdən uzaq tutmaq məsləhət görülür. Suya özünlə götürə bilməzsən, çünki su keçirməmə xüsusiyyəti yoxdur.

Beachegg cihazının gələn il satışa çıxacağı gözlənilir.

XS
SM
MD
LG