Accessibility links

"Beatles"ın Amerikaya ilk səfəri


1964-cü ilin soyuq fevral günü idi. Minlərlə yeniyetmə Nyu-Yorkun JFK beynəlxalq aeroportuna toplaşıb Amerikaya ilk dəfə gələn "Liverpul Dördlüyü" adı ilə də tanınan "Beatles" qrupunu gözləyirdi.

Pan-Am hava yollarına məxsus təyyarədən başları görünən kimi onlar pərəstişkarlarının qışqırtıları ilə qarşılandı.

Polisin müşayiət etdiyi "Beatles" mətbuatın çox sayda suallarını cavablandırdı - əsasən də saçları barədə. Jurnalistlərdən birinin "Siz ümumiyyətlə dəlləyə gedirzinizmi?" sualının cavabında qrupun üzvü Corc Harrison "mən saçımı dünən qırxdırmışam" deyə, cavab verdi.

Həmin gün NBC kanalının məşhur tele-aparıcısı Çet Hantli axşam xəbərlərində "Bitlomaniya"-nı xüsusi qeyd etdi.

İki gün sonra "Beatles" qrupu Amerikaya turu çərçivəsində milli televiziyada Ed Sallivanın şousunda çıxış etdi.

Amerikaya ilk qastrol səfərinin 33 günü ərzində "Beatles" 24 şəhərdə 32 konsert proqramı ilə çıxış etdi.

Demək Amerika budur... Onların hamısı ağıldan gedib.
Rinqo Starr

Səyahət vaxtı gördüklərini ifadə edən barabançı Rinqo Starrın dedikləri "Beatles"-ın Amerika barədə ilk təəssüratını yaddaşlara həkk etdi.

"Demək Amerika budur... Onların hamısı ağıldan gedib."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG