Accessibility links

"Beatles" Amerikaya ilk səfərini 50 il əvvəl edib [Video]


1964-cü ilin fevral ayında Bitls qrupu Birləşmiş Ştatlarda ilk televiziya debütünü Ed Sallivan Şousunda etmişdi. 50 il sonra amerikalılar bütöv bir nəsli formalaşdırmış pop mədəniyyətinin fenomenini qeyd edirlər.

Amerikada “Bitlomaniya” belə başladı. Onlarla milyon insanı cəlb edən “Bitls” qrupu musiqidə inqilaba start verdi. 50 ildən sonra “Bitls”-ın xatirəsi Nyu Yorkda JFK aeroportundan tutmuş Los-Anceledəki Kapitol Vallar Qülləsinədək bir çox yerlərdə anılır.

“Bitlomaniya” başlayanda Karen Qromoda yeniyetmə idi. “Mən həmin gecə onlara televiziyada baxdım və 13 yaşından bəri onların pərəstişkarına çerildim.”

Culiana Leplantye “Bitls” qrupunu Nyu-York şəhərinə gətirən Pan-Am təyyarəsinin stüardessası idi. “Hamı bunun necə baş verdiyini bilmək istəyir. Onların çox mehriban davranışa malik, xoş insanlar idi. Lakin bizim onlaral danışmaq imkanımız olmadı, onlar gah təyyarə heyətinin, gah da sərnişinlərin şəkilini çəkirdilər. Biz ancaq onlardan yerlərində oturmalarını xahiş edirdik.”

CBS televiziya kanalının xüsusi buraxılışı “Bitls” pərəştişkarları üçün çox nadir hədiyyə hazırlayıb. Ed Sallivan Şousunda ilk dəfə çıxış edən Liverpul dördlüyündən yalnız sağ qalmış Pol Makkartni və Rinqo Star bir araya gələrək, musiqi nömrəsi ifa etdilər.
XS
SM
MD
LG