Accessibility links

Makılı siyasi fəal Bəhmən Nəsirzadə saxlanıb


Makılı siyasi fəal Bəhmən Nəsirzadə saxlanıb
Makılı siyasi fəal Bəhmən Nəsirzadə saxlanıb

Amerikanın səsi Azərbaycan redaksiyasının əldə etdiyi məlumata görə, İranın Makı şəhərinin siyasi və mədəni fəallarından biri olan Bəhmən Nəsirzadə (Araz) saxlanaraq zindana göndərilib. Həyat yoldaşı onun tutulması barədə xəbəri Amerikanın səsinin əməkdaşı ilə telefon söhbəti zamanı təstiqləyib.Nəsirzadənin xanımının bildirdiyinə görə, 6 aprel çərşənbə günü axşam saat 6:00 radələrində təhlükəsizlik məmurları Bəhməni gəlib evdən aparıblar. O, məmurlarda məhkəmənin həbslə bağlı qərarının olub-olmamasından əmin deyil. Bəhmən Nəsirzadənin xanımı bildirib ki, məhkəmənin əvvəlcə Bəhmənə verdiyi həbs cəzasının qalan hissəsinin tamamlanması üçün onu saxlamış ola bilərlər.

Araz Nyuz (Araz News) yazır ki, Bəhmən Nəsirzadə 9 ay əvvəl tutulmuşdu və 116 gün həbsdə saxlanandan sonra 50 milyon tümən (50 min dollar) müqabilində zəminə buraxılmışdı. Məhkəmə "Nizamın əleyhinə təbliğat" və "GAMOH partiyasına üzv olmaq" ittihamları əsasında ona 6 ay həbs cəzası vermişdi.

XS
SM
MD
LG