Accessibility links

Behnam Şeyxi 50 milyon tümən müqabilində zaminə buraxılıb


Behnam Şeyxi 50 milyon tümən müqabilində zaminə buraxılıb
Behnam Şeyxi 50 milyon tümən müqabilində zaminə buraxılıb

İran azərbaycanlısı, siyası və mədəni fəal Behnam Şeyxi 50 milyon tümən müqabilində zaminə buraxılıb. Onun müvəqqti azadlıq xəbəri Azərbaycan xəbər saytları, o cümlədən Güney Azərbaycan Xəbər Mərkəzi, Güney Azərbaycan Öyrənci Hərəkatı və Təbriz Səsi kimi veb saytlarında yayılıb.

Behnam 25 gün Tehranın Evinı həbsxanasın, Təbrizin İttilaat idarəsinin təcridxanası və Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra azad edilib.

Behnam Şeyxi Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində siyasi və mədəni fəaliyyətlərlə məşğuldur. O, təhlükəsizlik məmurları tərəfindən oktiyabrın 12-də nəzarət altına alınmışdı.

Şeyxinin nə ilə ittiham edildiyi bəlli deyil.

Behnam Şeyxi bundan əvvəl üç dəfə 2006, 2008 və 2009-cu (1385, 1337 və 1388) illərdə həbs edilmişdi.

XS
SM
MD
LG