Accessibility links

Səməd Behrənginin Azərbaycan ədəbiyyatına təsiri

  • Insafəli Hidayət

Səməd Behrənginin Azərbaycan ədəbiyyatına təsiri

Səməd Behrənginin Azərbaycan ədəbiyyatına təsiri

Səməd Behrənginin məktəb yoldaşı Sirus Mədədi onun son kitabını çapa hazırlayıb. O Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Səmədin ölümündən 42 il keçir. O Azərbaycan və İran ədəbiyyatında bir qala, bir dağ kimi çox ucada durur. “Bu gün də həm onun həyatından, həm də əsərlərindən ilham alınır. Səməd Behrənginin həyatı, əsərləri və Azərbaycan mövzusuna olan baxışı, hələ ki, var. O, İran və Azərbaycanın klassik ədəbiyyatının önündə duranlardandır.” tətqiqatçının fikrinə görə isə yaşadığı qəsa ömür onun əsl şah əsəridir.

Səməd Behrəngi cəmi 29 il yaşayıb. O, Təbrizdə anadan olub. Ömrünün son 8 ilini müəllimlik və şairliklə məşğul olub. Səməd Behrəngi qısa zamanda iyirmi əsər yaradıb. "Xırdaca qara balıq" onun şah əsəridir və bir siyasi manifestdir.

Səməd Behrənginin məktəb yoldaşı Sirus Mədədi onun son kitabını çapa hazırlayıb. Hazırda Almaniyada yaşayan Sirus Mədədi Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Səmədin ölümündən 42 il keçir. O, Azərbaycan və İran ədəbiyyatında bir qala, bir dağ kimi çox ucada durur. “Bu gün də həm onun həyatından, həm də əsərlərindən ilham alınır. Səməd Behrənginin həyatı, əsərləri və Azərbaycan mövzusuna olan baxışı, hələ ki, var. O, İran və Azərbaycanın klassik ədəbiyyatının önündə duranlardandır.”

Səməd Behrəngi və onun fikir dostları, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərində folklor nümunələri toplayıb. Amma Mədədinin verdiyi məlumata əsasən, onların topladıqları folklor nümunələri azərbaycan dilində idi və İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmadı. Səməd Behrənginin türk dilində yazdığı nağıllar sonradan Sirus Mədədi vasitəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunub.

Səmədin əsərləri azərbaycan və fars dillərindədir. Onun topladığı ilk folklor nümunələri "Parə - parə" adı ilə Təbrizdə çap edilib. Mədədi deyib: “Səməd dəfələrlə yazıb və deyib ki, ana dilində yazmaq imkanı yoxdur."

Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib, o zaman Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində yazıb. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap edib.

Sirur Mədədinin dediyinə görə, Səmədin indiyədək 20 cildlik kitabları çap olunub. “Onlar "Ulduz və qarğalar", "Ulduz və danışan kukla", "Koroğlu və Keçəl Həmzə", "Xırdaca qara balıq" adlı kitablar və məcmuədir.”

O deyir ki, Səməd Behrəngi İran uşaq ədəbiyyatının banisidir. “Əlbəttə, Səməddən əvvəl, uşaqlar üçün ara-sıra kitablar yazılıb. Amma, tamam İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur.”

Mədədi deyir ki, Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb və şah dövründə siyasi təşkilat da yox idi. Amma, onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın “Xalq Fədailəri" təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıb.

Cənab Mədədi Amerikanın Səsinə bildirib ki, "Xırdaca qara balıq" əsəri İran inqilabının manifesti hesab edilir. Çoxlu yazıçı "Xırdaca qara balıq" ı Səmədin şah əsəri hesab edir. Amma Təbrizli tədqiqatçı Qulamhüseyn Saidi isə deyir ki, “ Səməd Behrənginin əsl şah əsəri, onun öz həyatıdır."

Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbrizdə anadan olub və 1970-ci il avqustun 31-də Araz çayında boğulub. Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib. Onun şah rejimi tərəfindən çayda boğdurulduğu iddia edilsə də indiyə qədər bu iddiaları dəsdəkləyə biləcək dəlil tapılmayıb.

XS
SM
MD
LG