Accessibility links

Bəhreyndə polis özbaşınalığı ilə bağlı təhqiqat başlayıb



Bəhreynin Daxili İşlər nazirliyi müxalifətin etiraz nümayişləri zamanı polisin hüquq pozuntularına yol verməsi ilə bağlı təhqiqatın başladığını bildirib.

Polis özbaşınalığı ilə bağlı təhqiqat Bəhreyndə əksəriyyətdə olan şiələrin sünni monarxiyaya qarşı başladığı hərəkatı öyrənən müstəqil komissiyanın tövsiyələrinə əsasən aparılır.

Bazar günü açıqlanan bəyanatda Daxili İşlər nazirliyinin 17 aydan artıq davam edən etiraz nümayişləri və toqquşmalardan sonra etimadın yaradılması səyləri çərçivəsində təhlükəsizlik qüvvələrinin beynəlxalq standartlara cavab verdiyini təmin etmək istədiyi bildirilir.

Bəhreyn hökuməti bundan əvvəl də pozuntuların araşdırılmasına söz vermişdi, lakin sonuncu bəyanatda bu vəd daha ciddi bir şəkildə ifadə edilib.

2011-ci ildə fevral ayından başlayan üsyan nəticəsində 50-dən çox insan həyatını itirmişdir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci flotiliyası Bəhreyndə yerləşdirilib.
XS
SM
MD
LG