Accessibility links

Behruz Həşmət: Təbrizdən Vyanaya əliboş gəlmədim [Audio-Müsahibə]


Behruz Həşmət

Behruz Həşmət

40 il öncə İranda Pəhləvi rejiminin Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatının (SAVAK) təhdidinə məruz qalan heykəltaraş Behruz Həşmət vətəni təkr etmək məcburiyyətində qaldı. Amerikanın Səsinə müsahibədə Təbrizli ustad mühacirət, doğma şəhəri və sənət fəaliyyətləri haqqında danışır.

Ustad heykəltaraşın İran Azərbaycanını tərk etməsi həmin illərdə düzəltdiyi bir aşıq heykəli ilə əlaqədar olub.

“Son işim bir aşıq heykəli, Azərbaycanın musiqisinin simvolu idi. Mən onu düzəltdim və açılışı dönəmin baş naziri [Əmir Abbas] Hoveyda tərəfindən həyata keçiriləcəkdi. Amma, SAVAK və vali buna icazə vermədilər. Bələdiyyə Başqanından heykəlin götürülməsini istədilər... Bələdiyyə Başqanı mənə dedi ki, heykəli götürüb, sonra da [SAVAK qüvvələri] sənin üçün gələcəklər,” deyə mühacirətinə səbəb olan olayı anladır.

Hər meydanda bir şah heykəli var idi amma bunlar millətin öz simvolundan bir heykəli görənmirdilər.

Onun dediyinə görə, Təbriz meydanlarının birində ucaldılan heykəl bir neçə ay sonra SAVAK-ın göstərişi ilə qaldırılsa da az müddətdə bir çox əhalinin diqqətini cəlb edə bildi:

“Şəhərdən, kəndlərdən, hər yerdən insanlar durub heykəlin yanında şəkil çəkirdilər. O, şəhərdə ucaldılmış yeganə aşıq heykəli idi. Hər meydanda bir şah heykəli var idi amma bunlar millətin öz simvolundan bir heykəli görənmirdilər. O aşıq heykəlini götürmələri onun haqlı olduğunu sübut etdi. Onu götürməsəydilər, bunların Azərbaycanın səsinə və sözünə düşmənliyi elə görünməyəcəkdi. Amma heykəlin götürülməsi bomba kimi səs saldı...”

Sənətçinin düzəltdiyi aşıq heykəli hazırda Təbrizin başqa bir bölgəsində ucaldılıb.

B23DC4FE-4791-4FE1-AF18-F4238ABB0874.jpg (451×600)

Behruz Həşmət Avstriyaya yerləşdikdən sonra da yaratdığı əsərləri vasitəsilə İranda baş verənləri anlatmağa çalışdığını bildirir:

“Burada həm sənin izləyicilərin əvəz olur həm də özün əvəz olursan. Amma, bu iş qəzetçilik kimi bir şeydir. Aşıqlar da bu kənddən o kəndə gedəndə xəbər aparırdılar. Heykəltaraşlıq da belədir. Mən burada fəaliyyətlərimdə səyim budur göstərim İranda nə keçir, İranda nə xəbərdir? Amma sözümü deməyimin, heykəllərimin forması əvəz olub.”

'İş və Düşüncə' - Behruz Həşmətin əsəri

'İş və Düşüncə' - Behruz Həşmətin əsəri

Ustad heykəltaraş doğma şəhəri Təbriz haqqında hissiyatlarından bəhs edir, Təbrizi unutmadığını deyir:

“İnsanın ağac kimi bir kökü var və hər yerə gedəndə onu özü ilə aparır. Sənətçini də kökü ilə tanıyırlar; haradan gəlibsən, əlində nə gətiribsən, sovqatın nədir? Bizim sovqatımız da bəzən dərdlərimizdir. Mənim burada 35 il pasportum yox idi. İslam Respublikası da mənim iranlı olduğumu məndən oğurlamışdı. Sonra Avstriyada etdiyim fəaliyyətlərə görə mənə fəxri vətəndaşlıq verdilər. Mən də sevinirəm ki burada özümə yer açmışam, sözüm var deməyə, əliboş gəlməmişəm.”

Mən burada gecələr yatanda Təbrizə gedirəm, səhər oyananda Avstriyada oluram.

“Təbriz qədim və qəhrəman bir şəhərdir. Sənət və mədəniyət şəhəri, yaşamaq şəhəridir. Təbrizin başı heç zaman aşağı olmayıb, iftixarlar şəhəridir. Mən də sənət fəaliyyətimi Təbrizdən başlamışam. Mən burada gecələr yatanda Təbrizə gedirəm, səhər oyananda Avstriyada oluram,” deyə Behruz Həşmət 40 ildir görmədiyi doğma şəhərini təsvir edir.

XS
SM
MD
LG