Accessibility links

Bəhruz Bayramov: Vəkillər Kollegiyasına şikayət qərəzdən irəli gəlir [Audo-Müsahibə]


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Baş Prokurorun birinci müavini vəkildən şikayət edib

Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov vəkil Bəhruz Bayramov barədə Vəkillər Kollegiyasına şikayət edib.

Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində bildirib ki, şikayət vəkilin Zərdab rayon Prokurorluğunun tənqidi bəyanatla çıxışından sonra həbsə məhkum edilən keçmiş müstəntiqi Rüfət Səfərovun müdafiəsindən yayındırmaq məqsədi daşıyır.

“Bu şikayət mənə və Rüfət Səfərova qarşı qərəzdən irəli gəlir”, o qeyd edib.

Bəhruz Bayramov

Bəhruz Bayramov

Prokurorluq vəkildən şikayət üçün Qubadlı rayon prokurorunun keçmiş köməkçisi, hazırda ABŞ-da mühacirətdə olan Adil Məmmədovun müraciətini əsas kimi götürüb. Həmin müraciətdə A.Məmmədov vəkil B.Bayramovun onun adından mediaya dezinformasiya ötürməkdə ittiham edir. B.Bayramlı isə deyilənləri əsassız sayır.

“Mən A.Məmmədovla bağlı mediaya hər hansı informasiya verməmişəm. A.Məmmədovun R.Səfərovla telefon əlaqəsi saxladığına görə vəzifəsindən azad olunması xəbərini ilk dəfə “gününsəsi.info” saytı yayıb. Onlar da bildirirlər ki, informasiyanı məndən almayıblar. Hətta saytın rəhbərliyi oktyabrın 24-də açıqlama yayaraq bir daha bildirib ki, bu infromasiyanın mənə aididyyatı yoxdur”.

Vəkil deyir ki, məsələ ilə bağlı R.Səfərov da Vəkillər Kollegiyasına müraciət ünvanlayıb.

“R.Səfərovla bu gün təcridxanada görüşdüm. O, müraciətində mənim təqsirimin olmadığını bildirir, bunu özünə və vəkili kimi mənə qərəz kimi dəyərləndirir”.

R.Səfərovun atası, iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Eldar Sabiroğlu Facebook səhifəsində yazır ki, Rüfətin qanunsuz olaraq 9 il azadlıqdan məhrum edilməsi, deyəsən, kifayət etmir.

Ona və vəkili Bəhruz Bayramova qarşı təxribatlar, uydurma ittihamlar davam etməkdədir. İndi vəkil Bəhruz Bayramov hədəfdədir.

“Ona və vəkili Bəhruz Bayramova qarşı təxribatlar, uydurma ittihamlar davam etməkdədir. İndi vəkil Bəhruz Bayramov hədəfdədir. Respublika Baş Prokurorluğu adından Baş Prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına müraciət etməsi və vəkil Bayramovun cəzalandırılması tələbi göstərir ki, bəzi dairələr məqsəd və niyyətlərindən əl çəkmək fikirində deyillər. Mən buna son dərəcə təəccüb edirəm. Qisascılığın, ədalətsizliyin də bir həddi olarmış. Görünür ki, bunlar üçün heç bir hədd yoxdur”, o qeyd edib.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt tənqidi çıxışlar edib. Dekabrda isə oğlu Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

XS
SM
MD
LG