Accessibility links

Rusiyada böhtan ittihamı ilə üzləşən şikəst qalmış jurnalist bəraət qazanıb


Rusiyada böhtan ittihamı ilə üzləşən şikəst qalmış jurnalist bəraət qazanıb

Rusiyada böhtan ittihamı ilə üzləşən şikəst qalmış jurnalist bəraət qazanıb

Mixail Beketov 2007-ci ildə şəhər merini maşınının partladılmasında əli olmaqda ittiham etdiyinə görə məhkəməyə verilmişdi. Partlayışdan bir il sonra şiddətli şəkildə döyülən jurnalist şikəst qalıb. Həmin hücum nəticəsində beyni zədələnən Mixail Beketov çətinliklə danışır və hərəkət edə bilmək üçün əlil arabasından istifadə edir.

Haqqında böhtan ittihamı irəli sürülən rusiyalı jurnalist Mixail Beketovun apellyasiya müraciəti yuxarı məhkəmə tərəfindən qəbul olunub və o, bəraət qazanıb. Həftəlik Ximkinskaya Pravda qəzetinin redaktoru və jurnalisti 2007-ci ildə şəhər merinin onun maşınının partladılmasında əli olduğunu irəli sürdüyünə görə böhtan ittihamı ilə məhkəməyə verilmişdi.

Bir il sonra şiddətli şəkildə döyülən jurnalist şikəst qalıb. Həmin hücum nəticəsində beyni zədələnən jurnalist çətinliklə danışır və hərəkət edə bilmək üçün əlil arabasından istifadə edir. Mixail Beketov səkkiz dəfə əməliyyat edilib, onun bir neçə barmağı və bir ayağı kəsilib. O, Ximkidə mühafizə altında olan meşədən yol çəkilməsi layihəsi əleyhinə məqalələr yazdığına görə hücuma məruz qalan bir neçə jurnalistdən biridir. İnterfaksın xəbərində deyilir ki, jurnalistin fiziki və zehni cəhətdən əlil olmasına görə onun apellyasiya müraciəti insani səbəblər əsasında təmin olunub.

XS
SM
MD
LG