Accessibility links

Baktibek Beşimov:Qırğızıstanda problem regional xarakter ala bilər


Baktibek Beşimov, keçmiş parlament üzvü və səfir

Baktibek Beşimov, keçmiş parlament üzvü və səfir

Qırğızıstanın Sosial-Demokrat partiyası sədrinin müavini Amerikanın səsinə müsahibə zamanı hadisələrin səbəblərini ölkədə uzun zamanıdır mövcud problemlərin həll olmamasında gördüyünü bildirib

Qırğızıstanın tanınmış müxalifət lideri Baktibek Beşimov liberal baxışları, keçmiş prezident Askar Akayev və aprel ayında hakimiyyətdən salınmış prezident Kurmanbek Bakiyevin kəskin tənqidçisi olmuşdur. Oş Dövlət universitetinin prezidenti olmuş Beşimov deyir ki, ölkənin cənubunda baş vermiş hadisələrin əsasında olduqca mürəkkəb səbəblər durur.

“Sərhəddə problemlər, etnik qruplar arasında gərginlik, su və enerji mənbələri uğrunda mübarizə, Fərqanə vadisində düşünülmüş inteqrasiya siyasətinin olmaması, dini ekstremizmin artması, cəmiyyətin kriminallaşması kimi təhlükəli tendensiyaların güclənməsi, narkotiklər alverinin artması kimi bütün bu kompleks səbəblər ciddi münaqişələrin baş verməsi üçün potensial yaratmışdır.”

Baktibek Beşimov deyir ki, Qırğızıstanda mövcud əvvəlki iki hökumət ölkənin cənubunda Fərqanə regionunda artmaqda olan problemlərə adekvat olaraq düzgün siyasət yeritməmişdir. Onlar orada sınaqlara necə cavab verəcəkləri haqda düşünmürdülər-deyə o bildirir.

“Məsələn, Oş az qala narko-trafikin və QİÇS xəstəliyinin yayılma mərkəzinə çevrilmişdir. Artıq bir neçə ildir müxtəlif təşkilatlar bu haqda danışır. Lakin heç bir ölçü götürülməmişdir. Müvəqqəti hökumətin buna reaksiya verə bilməməsi isə fikrimcə, həm hüquq-mühafizə orqanları, eləcə də hökumətin cənubda təhlükə haqda aydın təsəvvürə malik olmaması ilə izah edilir. Buna görə də lazımi ölçülər götürülməmişdir.

Baktibek Beşimov Fərqanədə yaşayan özbəklərin əsas problemlərini qeyd edir. Buraya yeni iş yerlərinin olmaması, kəndlilərin torpaq verilməməsi, səhiyyə və təhsil imkanlarının olmaması daxildir. O bildirir ki, özbəklər ölkədə sayca ikinci ən böyük xalqıdır və bu problemlərin həlli istiqamətində addımlar atılmalı idi.

Baktibek Beşimov qeyd edir ki, problem regional xarakter ala bilər, bun görə də beynəlxalq ictimaiyyət vəziyyətin sabitləşməsi üçün tədbirlər görməlidir.

“Rusiya, ABŞ, Qazaxıstan, ya da Özbəkistan vəziyyətin sabitləşdirilməsi üçün iş görməlidir. Bu, təkcə Qırğızıstanın daxili işi deyil. Vəziyyət bütün regionun sabitliyi üçün təhlükədir.”

XS
SM
MD
LG