Accessibility links

Birləşmiş Ştatlar Belarus seçkilərini qeyri-legitim adlandırır


Birləşmiş Ştatlar Belarus seçkilərini qeyri-legitim adlandırır
Birləşmiş Ştatlar Belarus seçkilərini qeyri-legitim adlandırır

Birləşmiş Ştatlar Belarusda prezident seçkilərinin legitim olmadığını bəyan edib və səsvermədən sonra bazar günü həbs edilmiş prezidentliyə bütün namizədlərin və nümayişçilərin dərhal azad edilməsinə çağırıb. Ağ Evin açıqladığı bəyanatda Belarus hökuməti ABŞ –ın demokratik prosesin pozulması kimi qiymətləndirdiyi addımlar atdığına və siyasi fəallara qarşı ifrat gücdən istifadə etdiyinə görə pislənir. Prezident Aleksandr Lukaşenko ABŞ və Avropa rəsmilərinin seçkilərdə saxtakarlıq və zorakılıq yolu ilə qələbə çaldığına dair ittihamları rədd edərək, deyib ki, hökumət on minlərlə etirazçı arasında 600 nəfəri həbs edib. Prezident seçkilərində cənab Lukaşenko ilə rəqabət aparan doqquz namizəddən yeddisi həbs edilib və polis tərəfindən döyülüb.

XS
SM
MD
LG