Accessibility links

Belarus müxalifətinin namizədləri parlament seçkilərinə buraxılmayıb

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müxalifətinə bazar günü parlament seçkilərinin əleyhinə aksiya keçirməməklə bağlı xəbərdarlıq edib.

Cənab Lukaşenko müxalifət üzvlərini qorxaq adlandıraraq, onların xalqa deməyə sözü olmadığını bildirib. Belarus prezidenti deyib ki, bütün dünya ölkədə onun sözlərilə “darıxdırıcı” seçkilərdən razı qalmalıdır və əlavə edib ki, seçkilər inqilab və üsyan olmadan keçib.

Belarus hökuməti 2010-cu ildə Minskdə prezident seçkisindən sonra demokratiya tərəfdarlarının nümayişini qəddarlıqla dağıtmışdı. Çox sayda müxalifət üzvü həbs edilmişdi.

Ölkə rəsmiləri müxalif namizədlərin demək olar ki, heç birinin bazar günü parlament seçkilərində iştirakına imkan verməyib. Müxalifət partiyaları xalqı səsverməyə getməməyə çağıraraq, seçkilərə boykot etməyə səsləyib.

Belarusun Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, səsvermədə seçicilərin 66 faizi iştirak edib. Lakin şahidlər və müşahidəçilərin bildirdiyinə görə, seçki məntəqələrində seçki fəallığı müşahidə edilməyib.

Birləşmiş Ştatlar prezident Lukaşenkonu Avropanın söz azadlığı və insan hüquqlarını pozan, müxalifəti əzib seçkiləri saxtalaşdıran son diktatoru adlandırıb.
XS
SM
MD
LG