Accessibility links

Belarusun Mərkəzi Seçki komissiyası parlament seçkilərində lazımi sayda seçicinin səs verdiyini bildirir


Aparıcı müxalifət partiyaları seçkiləri saxta adlandıraraq boykot edir

Belarusda Mərkəzi Seçki Komissiyasının rəsmiləri partlament seçkilərinin baş tutması üçün seçicilərin 50 faizinin səsvermədə iştirak etdiyini bidirib.

Belaurun müxalifət parlament seçkilərini saxta adlandıraraq, boykota çağırır.

İnsan hüquqları təşkilatları seçkidən öncə müxalifət fəallarının saxlandığı bildirir.

ABŞ və Avropa İttifaqı müxalifət qrupların təqib etdiyinə görə Belarus hökumətinə qarşı sanksiyalar tətbiq edib.

ATƏT Belarusda parlament seçkilərinin monitorinqi məqsədilə ölkəyə 200-dən çox müşahidəçi göndərib. İki müşahidəçinin heç bir izahat verilmədən ölkəyə daxil olmasına icazə verilməyib.

Səsvermənin Belarusu 18 ildir dəmir əllə idarə edən prezident Aleksandr Lukaşenkonun hakimiyyətdə qalmasını təmin edəcəyi gözlənilir.
XS
SM
MD
LG