Accessibility links

Belarusda 400-dən artıq etirazçı həbs edilib


Belarus ixtişaş polisi şənbə günü Minskdə keçirilməsi planlaşdırılan mitinq cəhdinin qarşısını alıb. İnsan haqları fəallarının bildirdiyinə görə, yüzlərlə etirazçı polis zorakılığına məruz qalıb. 400-dən artıq insanın həbs edildiyi bildirilir.

Polis müxalifət fəallarının planlaşdırdığı böyük mitinqdən bir neçə saat öncə insan haqları fəallarının paytaxt ofisininə reyd keçirib. Vesna insan haqları qrupundan bildiriblər ki, reyd zamanı 50-dən çox fəal saxlanılıb.

Belarus Jurnalist Assosiasiyasının verdiyi məlumata görə, həbs edilənlər arasında 20-dən artıq jurnalist var.

Son iki ay ərzində ölkəni 1994-cü ildən idarə edən prezident Aleksandr Lukaşenkonun avtoritar rejiminə qarşı etiraz dalğasının yüksəldiyi müşahidə edilir. Etiraz aksiyalarına ilk mərhələdə dözümlülük göstərdikdən sonra rəsmilər təqiblərə başlayıb. Lukaşenko bu həftə çıxışlarının birində "xarici ölkələrin dəstəklədiyi təşviqatçıların" onu hakimiyyətdən devirməyə çalışdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG