Accessibility links

Belarus hökuməti saxlanılmış müxalifətçiləri sərbəst buraxıb


Prezident Aleksandr Lukaşenko 16 illik prezidentliyi dönəmində dəfələrlə müxalifət və müstəqil jurnalistləri hədəf almışdır
Prezident Aleksandr Lukaşenko 16 illik prezidentliyi dönəmində dəfələrlə müxalifət və müstəqil jurnalistləri hədəf almışdır

Həmin şəxslər çərşənbə axşamı hökumətin müxalifət qruplarına qarşı basqıları zamanı həbs edilmişdi

Bu həftənin əvvəlində saxlanılmış üç Belarus müxalifətçisi polis tərəfindən azad edilib. Müxalifət rəsmiləri fəalların cümə günü Minskdə heç bir ittihamla qarşılaşmadan sərbəst buraxıldığını xəbər verir. Həmin şəxslər çərşənbə axşamı hökumətin müxalifət qruplarına qarşı reydləri zamanı həbs edilmişdi. Prezident Aleksandr Lukaşenko 16 illik prezidentliyi dönəmində dəfələrlə müxalifət və müstəqil jurnalistləri hədəf almışdır. Cümə günü azad edilənlərdən biri, “Həqiqəti Söylə” müxalifət qrupunun lideri Vladimir Neklyayev deyib ki, müxalifət nümayəndələri başqa şəhərlərdə də basqılara məruz qalıb. Tutulanların əksəriyyəti günün sonunda azad ediliblər.

XS
SM
MD
LG