Accessibility links

Belarus məhkəməsi metrodakı partlayışda əli olanları ölüm cəzasına məhkum etdi


Belarus məhkəməsi metrodakı partlayışda əli olanları ölüm cəzasına məhkum etdi

Belarus məhkəməsi metrodakı partlayışda əli olanları ölüm cəzasına məhkum etdi

Belarusun Ali Məhkəməsi aprel ayında Minsk şəhərinin metrosunda 15 nəfərin ölməsi, 200-dən çoxunun yaralanması ilə nəticələnən bomba hücumunda əli olan iki nəfəri öplüm cəzasına məhkum edib. Hakim bu gün deyib ki, Dmitri Konovalov və Vladislav Kovalyov ictimaiyyət üçün təhlükəli olduqları üçün edam edilməlidirlər.

Aprel ayının 11-i, insanların metroda çox olduğu vaxt partlayıcı maddə olan bağlamanı platformaya qoyaraq partladan, 25 yaşlarındakı Konovalov və Kovalyov hadisədən üç gün sonra ələ keçirilmişlər. Rəsmilər onların 2005 və 2008-ci illərdə ölümlə nəticələnməyən bomba partlayışlarında da əlləri olduğunu guman edir.

Hüquq müdafiyəçiləri Belerus rəsmilərininedam hökmlərini yerinə yetirməməyə çağırıb.

XS
SM
MD
LG