Accessibility links

Belarus məhkəməsi İrina Xalipə qarşı şərti həbs cəzası barədə hökm çıxarıb


Jurnalist İrina Xalip və həyat yoldaşı Andrey Sannikov
Jurnalist İrina Xalip və həyat yoldaşı Andrey Sannikov

Belarus məhkəməsi keçən il hökumətə qarşı etiraz aksiyalarında iştirak etdiyi üçün jurnalist İrina Xalipə qarşı şərti həbs cəzası barədə hökm çıxarıb. Məhkəmə İrina Xalipə qarşı iki il həbs cəzası barədə hökmü onun həyat yoldaşı, müxalifət üzvü Andrey Sannikovun eyni ittihamla 5 il həbs cəzasına məhkum edilməsindən iki gün sonra çıxardı.

Belə addımlardan sonra Belarus Qərb, eləcə də müttəfiqi Rusiya tərəfindən tənqidlərə məruz qalıb. Rusiyanın Xarici İşlər Nazirliyi bu gün bildirib ki, bu həbslərlə Belarus insan haqlarına hörmət etdiyini sual altına qoyur.

XS
SM
MD
LG