Accessibility links

Belarus Polşada keçirilən sammitin ilk gününü boykot edib


Belarus Polşada keçirilən sammitin ilk gününü boykot edib
Belarus Polşada keçirilən sammitin ilk gününü boykot edib

Belarus keçmiş Sovet dövlətlərini Avropa İttifaqına yaxınlaşdırmaq haqda Polşada keçirilən zirvə görüşünün ilk gününü boykot edib. Avropa İttifaqının liderləri yaxın əlaqə qurmaq axtarışında olan Belarus, Ukrayna və başqa ölkələrə onların demokratiyaya hörmət nümayiş etdirmələrini daim deyirdi. Varşava sammiti Ukrayna, Belarusiya, Gürcüstan, Moldoviya, Ermənistan və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməyə yönəlib. Avropa İttifaqı hal-hazırda Ukrayna ilə assosiasiya razılığı üzərində işləyir. Lakin Avropa İttifaqının bəzi üzv ölkələri sabiq baş nazir Yuliya Timoşenkoya qarşı açılan cinayət işinə görə prosesi yubatmaq istəyirlər.

XS
SM
MD
LG