Accessibility links

Beynəlxalq müşahidəçilər keçən bazar günü Belarusda keçirilən partlament seçkilərini sərt tənqid edərək səsvermənin "başlanğıcdan rəqabət mühitində keçmədiyini" bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenkonu dəstəkləyən partiyalar səsvermədə üstünlük əldə etsə də, müxalifət seçkilərin saxtalaşdırıldığını bildirib. Belarusun Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, səsvermədə seçicilərin 74 faizi iştirak edib. Lakin müxalif qüvvələr və müşahidəçilər bildirib ki,seçki məntəqələrində seçki fəallığı müşahidə edilməyib.

Birləşmiş Ştatlar prezident Lukaşenkonu Avropanın söz azadlığı və insan hüquqlarını pozan, müxalifəti əzib seçkiləri saxtalaşdıran son diktatoru adlandırıb.


Rusiya isə seçkiləri azad və ədalətli adlandıraraq, Qərbin tənqidlərinin siyasi motivlərə əsaslandığını bəyan edib.

XS
SM
MD
LG