Accessibility links

Belarusda hüquq fəalı həbs olunub


Belarusda hüquq fəalı həbs olunub
Belarusda hüquq fəalı həbs olunub

Belarus polisi ölkənin tanınmış insan haqları fəalını həbs edib. ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Ales Belyatskinin həbsini pisləyərək bunu təqiblərin son nümunəsi adlandırıb.

Belarus polisi Vyasna insan haqları qrupunun banisi Belyatskini Minskdəki evi yaxınlığında həbs edib. Ona qarşı vergilərdən yayınma ittihamı irəli sürülür. Vyasna təşkilatı yaydığı bəyanatda həbsin siyasi motivlərə əsaslandığını və Belyatskidən insan haqları sahəsində gördüyü işlərə görə qisas alındığını deyir.

XS
SM
MD
LG