Accessibility links

Belarusda iki sabiq prezidentliyə namizəd iki il müddətinə azadlıqdan məhrum edilib


Belarusda iki sabiq prezidentliyə namizəd iki il müddətinə azadlıqdan məhrum edilib
Belarusda iki sabiq prezidentliyə namizəd iki il müddətinə azadlıqdan məhrum edilib

Belarusda iki sabiq prezidentliyə namizəd iki il müddətinə azadlıqdan məhrum edilib. Vladimir Neklyayev və Vitali Rımasevski keçən il prezident seçkilərindən sonra hökumət əleyhinə nümayişlərin təşkilində günahlandırılıb. Keçən həftə Belarusun müxalifət lideri Andrey Sannikov 5 il müddətinə azadlıqdan məhrum edilib. O da prezident seçkilərindən sonra kütləvi aksiyaların təşkilində günahlandırılıb. 57 yaşlı Sannikov dekabr ayının 19-da həbs edilən 7 namizəddən biridir. Həmin mübahisəli seçkilərdə Aleksandr Lukaşenko qalib çıxmışdı.ABŞ və Qərb bu şəxslərin həbsinin siyasi motivlərə əsaslandığını və həbs edilən müxalif nümayəndələrin siyasi məhbus kimi tanındığını bəyan edib.

XS
SM
MD
LG