Accessibility links

Belarusda kütləvi aksiyalarla bağlı cinayət işi qaldırılıb


Belarusda kütləvi aksiyalarla bağlı cinayət işi qaldırılıb
Belarusda kütləvi aksiyalarla bağlı cinayət işi qaldırılıb

Belarus rəsmilərinin bildirdyinə görə Minskdə seçki sonrası etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilən 600-dən çox nümayişçidən bəzisi 15 gün müddətində həbsxanada saxlanacaq. Bununla yanaşı Rusiyanın İtar-Tass xəbər agentliyi Belarus rəsmilərinin kütləvi aksiya ilə bağlı cinayət işi açdıqlarını bildirib. Xəbər agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, prezidentliyə bəzi namizədlərin icazəsiz aksiyanın təşkilində iştitak etdiyinə dair dəlillər aşkar edilib.

Bazar günü seçki məntəqələri bağlanandan və prezident Aleksandr Lukaşenkonun 80 faiz səslə qalib gəldiyi elan edildikdən sonra 30 000 insan seçkilərin saxtalaşdırıldığını deyərək, küçələrə çıxmışdı.

XS
SM
MD
LG