Accessibility links

Belarusda Vladislav Kovalyovun ölüm hökmü icra edilib

  • Azerbaijani Service

Minskdə keçən il aprel ayında partlayış törətdiyinə görə ölüm cəzasına məhkum olmul Vladislav Kovalyovun ölüm hökmünün icra edildiyi xəbər verilir.

Vladislav Kovalyovun anasının sözlərinə görə, martın 16-da Ali məhkəmədən ona məktub gəlib. Belarusun Ali Məhkəməsinin sədri Valeriya Kalinkoviçin imzaladığı məktubda məhkəmənin qərarının icra edildiyi bildirilir.

Belarus qanuvericiliyinə görə, edam edilmiş şəxsin cəsədi ailə üzvlərinə verilə bilməz.

Vladislav Kovalyov və Dmitriy Konovalov haqda ölüm hokmü noyabr ayının 30-da çıxarılıb. Konovalov terrorizm, Kovalyov isə terrorizmdə iştirak maddələri üzrə ölüm cəzasına məhkum edilmişdilər. Məhkəmə eyni zamanda, onların Belarusda başqa terror aktlarında müqəssir olduğu haqda qərar çıxarmışdı.

Belarus prezidenti Aleksandr Lukaşenko Konovalov və Kovalyovun əvh haqda xahişini martın 4-də rədd edib. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, bu qərar onların cinayətkar kimi cəmiyyət üçün təşkil etdiyi ciddi təhlükə ilə əlaqədar verilib.

Avropa ölkələrinin liderləri və beynəlxalq təşkilatlar rəsmi Minski Konovalov və Kovalyovun ölüm hökmünün icra edilməməsinə çağırıb. Bəzi müşahidəçilər hökmün həqiqi cinayətkarlara çıxarıldığı ilə bağlı şübhələrini ifadə etmişdilər.

Minsk metrosunda 2011-ci ildə aprelin 11-də baş vermiş partlayış zamanı 15 adam həyatını itirmişdi.

XS
SM
MD
LG